Modern.az

Ruslar Mariupolda kimyəvi silaha ƏL ATDILAR

Ruslar Mariupolda kimyəvi silaha ƏL ATDILAR

Dünya

12 Aprel 2022, 00:08

Rusiya qoşunları Ukraynanın Mariupol şəhərində yerli hərbçilərə və mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın “Azov” alayı məlumat yayıb.

 

Bildirilib ki, ruslar pilotsuz uçuş aparatları (PUA) vasitəsilə şəhərə zəhərli maddələr atıb. Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı, beyin qan dövranının pozulması halları və digər əlamətlər müşahidə edilir. 

 

“İşğalçı qüvvələr Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı mənşəyi bilinməyən zəhərli maddədən istifadə edib”, - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə