Modern.az

Qırğızıstan-Tacikistan sərhədində atışma - Yaralı var

Qırğızıstan-Tacikistan sərhədində atışma - Yaralı var

Dünya

12 Aprel 2022, 20:52

Qırğızıstan və Tacikistanın dövlət sərhədində insident yaşanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, tərəflər arasında gün ərzində iki dəfə atışma olub. Sonuncu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə Qırğızıstan ordusunun hərbi qulluqçusu yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə