Modern.az

Zelenski Almaniya prezidentini qəbul etməkdən imtina etdi

Zelenski Almaniya prezidentini qəbul etməkdən imtina etdi

Dünya

12 Aprel 2022, 21:18

Ukrayna tərəfi Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfər etməsini istəməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Prezidentinin özü məlumat yayıb.

 

O bildirib ki, Polşa Prezidenti Andjey Duda ona Litva, Latviya və Estoniya prezidentləri ilə birlikdə Kiyevə səfər etməyi təklif edib. Lakin rəsmi Kiyev onun Rusiya ilə yaxın əlaqələrinin olmasını əsas gətirərək paytaxta səfərini istəməyib.

 

Buna baxmayaraq, Almaniya Prezidenti səfərə hazır olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə