Modern.az

Kiyevdə 760-dan çox mülki şəxs öldürülüb

Kiyevdə 760-dan çox mülki şəxs öldürülüb

Dünya

13 Aprel 2022, 21:38

Ukraynanın paytaxtının yerləşdiyi Kiyev vilayətində indiyədək 760-dan çox mülki şəxs öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebytov bu gün BFM TV telekanalının efirində danışıb.

 

O bildirib ki, ölən şəxslərin əksəriyyəti Buçada qətlə yetirilib.

 

Bundan əvvəl Buça şəhərinin meri Anatoli Fedoruk 403 yerli sakinin rus işğalçıları tərəfindən öldürüldüyünü açıqlamışdı. O əlavə edib ki, hələ də itkin düşmüş hesab edilən 16 nəfər var.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə