Modern.az

Dünyanın ən varlı futbol klubu “Real”dır

Dünyanın ən varlı futbol klubu “Real”dır

2 Mart 2010, 17:20

Madridin “Real” klubu  5-ci dəfə dünyanın ən varlı futbol klubu elan olunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Deloitte araşdırmalar agentliyinin məlumatında qeyd olunur. Agentlik dünya futbolunun 20 ən varlı klubunun gəlirlərini dərc edib. “Kral” klubunun gəliri bir təqvim ilində  401,4 milyon avro təşkil edir. Reytinq cədvəlində ikinci yerdə gələn “Barselona”nın gəlirləri 365,9 milyon avrodur. Üçüncü yer 327 milyon avro ilə İngiltərənin “Mançester Yunayted” klubuna məxsusdur.

Məlumata görə, 2008/2009 mövsümü ilə müqayisədə ilk 20-liyə daxil olan futbol klublarının gəlirləri 26 milyon avro artaraq 3,9 billiyon avronu keçib.  Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi