Modern.az

ABŞ bu ölkəyə 1 milyard dollarlıq helikopter satır

ABŞ bu ölkəyə 1 milyard dollarlıq helikopter satır

Dünya

15 Aprel 2022, 00:51

ABŞ Dövlət Departamenti Nigeriyaya 1 milyard dollar dəyərində hücum helikopterlərinin satılmasına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

 

Müqaviləyə 24 ədəd "Bell AH-1Z Viper" helikopterinin və müvafiq avadanlıqların satılması daxildir.

 

Departament satış barədə Konqresə məlumat göndərib. Konqres razılıq verdikdən sonra satış həyata keçiriləcək.

 

Agentlik bildirir ki, təklif edilən bu satış Afrikada strateji tərəfdaşın təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək olacaq.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə