Modern.az

Sarkisyan oğlu və qızına Parisdə bahalı mülk alıb - FOTO

Sarkisyan oğlu və qızına Parisdə bahalı mülk alıb - FOTO

Dünya

19 Aprel 2022, 00:25

Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan oğlu və qızının adına Fransanın paytaxtı Paris şəhərində 7.750.000 avroya mülk alıb.

 

Modern.az xəbər verir ki, alqı-satqı Sarkisyan ailəsinə məxsus VH ESTATE şirkəti üzərindən həyata keçirilib.

 

Sənədlərdə sabiq prezidentin oğlu, Britaniya vətəndaşı Ayk Sarkisyanın, bacıları - Ermənistan vətəndaşları Karine və Tatevik Sarkisyanın adı qeyd olunub. Dəbdəbəli mülkün 2017-ci ildə alındığı bildirilir.

 

Xatırladaq ki, Armen Sarkisyan bu ilin yanvar ayında prezidentlikdən istefa verib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə