Modern.az

Makronun bu fotosu müzakirələrə səbəb oldu

Makronun bu fotosu müzakirələrə səbəb oldu

Dünya

19 Aprel 2022, 00:51

Bazar günü Fransada keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi Emmanuel Makron və Marin Le Pen kampaniyalarını tam sürətlə davam etdirir.

 

Modern.az xəbər verir ki, son rəy sorğularında Makron Le Peni 8 bal qabaqlayıb.

 

Kampaniyasını daha az səs topladığı bölgələrdə cəmləşdirən 44 yaşlı Makronun şənbə günü çəkilmiş fotosu ölkədə müzakirə obyektinə çevrilib. Seçki kampaniyası zamanı dincələn zaman çəkilən fotoda Fransa lideri köynəyinin düymələri açıq şəkildə görünüb.

 

Şəkil Makronun xüsusi fotoqrafı tərəfindən "İnstagram"da paylaşılıb.

 

Siyasi analitiklərin fikrincə, Makronun bu gəncsayağı obrazı gənc seçicilər arasında Marin Le Penə dəstəyin artması ilə bağlıdır.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə