Modern.az

Azərbaycanı “Eurovision - 2010"da Səfurə Əlizadə təmsil edəcək

Azərbaycanı “Eurovision - 2010"da Səfurə Əlizadə təmsil edəcək

Ölkə

2 Mart 2010, 23:13

Martın 2-də Bakıdakı " Buta Palace " sarayında Azərbaycanın “Eurovision - 2010" mahnı müsabiqəsindəki ifaçısının seçilməsi üçün milli final konserti keçirilib.

Modern.az xəbər verir ki, milli final konsertində Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu mübarizə aparıb. Onlardan yalnız biri Azərbaycanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci "Eurovision - 2010" müsabiqəsində təmsil etmək hüququ qazanacaqdı.
Milli final konsertində iştirakçılar beş əcnəbi bəstəkara məxsus“Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” mahnılarını ifa ediblər.

Münsiflərin gərgin müzakirələri və səsverməsindən sonra Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli münsiflər adından yekun qərarı elan edib. Səsvermə nəticəsində milli finalın qalibi Səfurə Əlizadə olub.

“Eurovision - 2010" mahnı müsabiqəsi bu il mayın 29-də Norveçin paytaxtı Osloda keçiriləcək.

“Eurovision” müsabiqəsinin finalına çıxmaq uğrunda iştirakçılar iki yarımfinal qrupunda mübarizə aparacaq.

25 mayda 1-ci yarımfinal qrupunda Serbiya, Finlandiya, Rusiya, Yunanıstan, Slovakiya, Bosniya və Herseqovina, İslandiya, Moldova, Malta, Portuqaliya, Makedoniya, Latviya, Belarus, Belçika, Polşa, Albaniya, Estoniya yarışacaq.

27 mayda 2-ci yarımfinal qrupunda İsveçrə, Litva, Gürcüstan, Türkiyə, İslandiya, Sloveniya, İsveç, Ukrayna, Niderland (Hollandiya), Bolqarıstan, Xorvatiya, Danimarka, Azərbaycan, Kipr, Rumınıya, İsrail, Ermənistan yarışacaq.

Modern.az

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir