Modern.az

Turizm Agentliyində YOXLAMA - Cinayət işi başlanıb

Turizm Agentliyində YOXLAMA - Cinayət işi başlanıb

20 Aprel 2022, 11:22

Dövlət büdcəsindən Turizm Agentliyinə ayrılmış vəsaitlərinin icrası haqqında Hesablama Palatasının yoxlamalarının nəticəsi açıqlanıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Hesabata əsasən, 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədi ilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi barədə, həmçinin “Azərbaycan Konqreslər Bürosu” MMC-nin fəaliyyətinə dair məlumatlarla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanılıb.

 

İstintaqın gedişində 862 min manat vurulmuş ziyan ödənilməsi təmin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə