Modern.az

ABŞ bu ay Kiyevə yeni silahlar göndərəcək

ABŞ bu ay Kiyevə yeni silahlar göndərəcək

Dünya

25 Aprel 2022, 20:41

ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərmək üçün "Stinger" zenit-raket sistemləri, “Javelin” tank əleyhinə raket kompleksləri, eləcə də digər avadanlıqlardan ibarət yeni paket hazırlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

 

Silahların çatdırılması aprel ayına planlaşdırılır.

 

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlamışdı. Aprelin 25-də Kiyevə səfəri zamanı Pentaqon rəhbəri Lloyd Ostin və ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 322 milyon dollar dəyərində yeni hərbi dəstək tədbirlərini elan ediblər.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə