Modern.az

Ərdoğan sabah Putinlə danışacaq

Ərdoğan sabah Putinlə danışacaq

Dünya

25 Aprel 2022, 20:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğanın özü məlumat verib.

 

O qeyd edib ki, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sülhlə başa çatması üçün təşəbbüsləri davam edir.

 

“Bu gün BMT Baş katibi Antonio Quttereşi qəbul etdim. Onunla mövcud durumla bağlı fikir mübadiləsi apardıq. Ötən günlərdə ukraynalı həmkarım Volodimir Zelenski ilə danışdım. Sabah da rusiyalı həmkarım Vladimir Putinlə danışacağam”, - deyə Ərdoğan bildirib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə