Modern.az

Festivalda atışma: ölən və yaralılar var

Festivalda atışma: ölən və yaralılar var

Aktual

1 May 2022, 11:34

ABŞ-ın Missisipi şəhərində keçirilən festivalda atışma olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Accosiated Press” məlumat yayıb.

 

Məlumata görə, naməlum istiqamətdən atılan atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Hinds qraflığının şerifi Tayri Jons bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır, lakin əlavə təfərrüatlar məlum deyil. Qeyd edilib ki, kömək üçün əraziyə Missisipi Təhqiqat Bürosu çağırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!