Modern.az

Almaniyada yaşayan azərbaycanlı pianoçu xanım mükafat alıb

Almaniyada yaşayan azərbaycanlı pianoçu xanım mükafat alıb

3 Mart 2010, 19:51

 

“Bilik” maarifçilik çəmiyyətinin verdiyi Yusif Məmmədəiyev adına mükafatın bu ilki sahibləri arasında Almaniyada yaşayan soydaşımız, Köln Konservatoriyasının professoru, Vaqner mükafatı laureatı Elnarə İsmayılova da var. Mahir piano ifaçılığı, yüksək intellektual səviyyəsi ilə Azərbaycanı Avropada layiqincə təmsil edən Elnarə İsmayilovanın maraqlı və zəngin həyat yolu var. E.İsmayılova Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfini, sonra isə Üzeyir Hacibəyov adina Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Elnarə İsmayilovanın xaricə ilk səfəri klassik musiqinin beşiyi olan Almaniyaya -  Baxın, Haydinin, Bethovenin vətəninə olub. Onun buradakı ilk çıxışı Almaniyanın aparıcı musiqi xadimlərini və geniş dinləyici auditoriyasını valeh edib. E.İsmayılova aradıcılığını davam etdirmək üçün Almaniyadan təklif alanda onu qəbul edib və gənc soydaşımız Almaniyanın musiqi həyatına tezliklə qaynayıb qarışıb. E.İsmayılova konsert proqramları ilə yanaşı biliyini və ifaçılıq ustalığını daha da təkmilləşdirmək məqsədilə Almaniyanın iki nüfuzlu musiqi təhsili ocağında təhsilinin davam etdirib. Köln və Essen Musiqi Akademiyalarının aspirantura bölmələrini fərqlənmə diplomları ilə bitirib, ölməz bəstəkar Bethovenin vətəni Bonn şəhərində keçirilən piano ifaçiliğı müsabiqəsinin qalibi olub. Bundan sonra o, Almaniyanın Bayroyt şəhərində görkəmli bəstəkar və pianoçu Ferents Listin əsərlərinin ən parlaq və özünəməxsus fərqliliklə ifa və interpretasiyasına görə Rixard Vaqner mükafatına layiq görülüb. O, bu mukafata layiq görülən ilk azərbaycanlı musiqiçidir. Elnarə İsmayılova həmçinin Almaniya-Avstriya Mədəniyyət və Musiqi Cəmiyyətinin fəxri üzvüdür. Elnarə xanımın Almaniyada 5 kompakt diski çıxıb. Buraya Bethoven, Brams, Şubert, Raxmaninov, Prokofjev və digər dahi bəstəkarların əsərləri daxil edilib. Elnarə İsmayılova Almaniyada yalnız ifaçılıqla məşğul olmur. O, pedaqoji fəaliyyətini uğurla davam etdirir. Essen və Köln şəhərlərinin Musiqi Akademiyalarının dosentidir. Elnarə İsmayılova öz sənətkar uğurlarını həmvətənləri ilə də ürəkdən bölüşərək, yardımını son illərdə Avropaya, o cümlədən Almaniyaya təhsil almağa gələn azərbaycanlı tələbələrdən də əsirgəmir, onlara həm tədris və yaradicılıq işlərində, həm də sosial problemlərin həllində dəstək verir. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir