Modern.az

Səfurə Əlizadə Ukraynada hazırlıq keçəcək

Səfurə Əlizadə Ukraynada hazırlıq keçəcək

3 Mart 2010, 20:50

st1:*{behavior:url(#ieooui) }

Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə yarışmaya hazırlıq məqsədi ilə yaxın vaxtlarda Ukraynaya gedəcək.   Ukraynada onun ifa edəcəyi mahnının yenidən yazılması, eləcə də mahnıya klip çəkilişi nəzərdə tutulub. Təmsilçimizin bu müsabiqədə ifası üçün nəzərdə tutulmuş dörd əcnəbi bəstəkarın təqdim etdiyi mahnılar arasından seçiləcək mahnı yenidən oranjeman olunacaq və lentə yazılacaq. Təmsilçinin səhnə şousu, ifası da məhz Ukraynada hazırlanacaq. Daha sonra isə Səfurə Əlizadənin digər hazırlıqlar üçün İsveçə getməsi nəzərdə tutulub. Təmsilçimizin səhnə geyimi İsveçdə hazırlanacaq.

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi əlaqələndiricisi Zəhra Bədəlbəyli bildirib ki, təqdim olunan bütün mahnılar əcnəbi bəstəkarlara məxsusdur. Həmin mahnılardan biri mayın 27-də Osloda baş tutacaq yarımfinalda  Azərbaycanın builki “Eurovision” müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadənin ifasında səslənəcək. Azərbaycan təmsilçisinin ifa etməsi üçün təqdim olunan “Cancelled” mahnısı Stefan Örn və Negin Random, “Soulless” Anders Lundström, “Drip Drop” Stefan Örn və Sandra Bjurman, “Under My Skin” isə Stefan Örn və Phil Anquetilə məxsusdur. Azərbaycanlı müğənninin ifa edəcəyi mahnının martın 19-dək açıqlanacağı nəzərdə tutulub. “Eurovision-2010” müsabiqəsindəki mahnımız da təmsilçimiz kimi milli münsiflər heyəti tərəfindən müəyyənləşəcək. Səfurə Əlizadə 1992-ci il sentyabrın 20-də Bakıda anadan olub. O, kaman və saksafon üzrə orta musiqi təhsili alıb. Azad Azərbaycan Televiziyasının keçirdiyi “Yeni Ulduz” teleşousunun qaliblərindəndir.

  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir