Modern.az

İranda təhlükə: məktəb və bağçalar bağlandı

İranda təhlükə: məktəb və bağçalar bağlandı

Dünya

8 May 2022, 19:53

İranın paytaxtı Tehran şəhərində güclü hava çirkliliyi səbəbindən bir sıra təhsil müəssisələri fəaliyyətini dayandırıb.

 

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, havanın çirkliliyi 201 mikroqram/kubmetr səviyyəsinə çatıb. buna görə uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərdə dərslər dayandırılıb.

 

Məlumata görə, uyğun olmayan hava şəraitinə görə, xüsusi fövqəladə komissiya yaradılıb. Şəhər meriyası yaşlılara və xroniki xəstəliyi olanlara çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə