Modern.az

Bu yaşlarda uşaqlarda skolioz yarana bilər

Bu yaşlarda uşaqlarda skolioz yarana bilər

Aktual

11 May 2022, 15:04

"Onurğa problemləri, sümüklərdə əyilmələr daha çox 8-13 yaşlı uşaqlarda müşahidə edilir". 

 

Modern.az  xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

 

O qeyd edib ki, xüsusilə, qız uşaqlarında 8, 9, 10, oğlan uşaqlarında isə 10, 11, 12 yaşlarında sümüklərdə böyümə getdiyi üçün əsasən bu yaşlarda əyilmələr (skolioz, kifoz) yarana bilir:

 

"Bəzi valideynlər onurğa əyriliyi olan uşaqların müalicəsi üçün korset istifadəsinə qaçır. Amma bu, mütləq həkimin tövsiyəsi ilə olmalıdır. Korset bütün hallarda müalicə metodu deyil”.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə