Arxiv
4 mart 2010, 14:22 | MEDİA
Qəzet-televiziya münasibətləri: media kapitanları nə düşünür?

Qəzet və televiziya. Fərqli auditoriyaya malik ilan bu KİV-lər arasında bir sərhəd var. Eyni zamanda çap və elektron mətbuatında çalışan jurnalıstlərin də bir-birinə münasibəti fərqlidir. Xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da bunun belə olduğunu söyləmək olar. Görək yerli qəzetlərin və televiziyaların rəhbərləri nə düşünür. Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə bildirir ki, qəzet və televiziya jurnalistləri arasındakı münasibətdə heç bir problem görmür:

- Jurnalistlər bir-biri ilə əməkdaşlıq edirlər. Hətta qəzetdə çalışanlar müəyyən müddətdən sonra televiziyada da işləyirlər. Televiziya jurnalistlərinin üstünlüyü odur ki, onlar daha populyardılar. Qəzet jurnalistləri isə daha gec şöhrət qazanırlar. İnsani münasibətlərə gəldikdə, ola bilər ki, TV-də çalışanlar daha təkəbbürlü olsun.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da deyir ki, Azərbaycanda qəzet və televiziya sahəsinin jurnalistləri arasında münasibətlər normaldır:

- Biz də bir mətbu orqanı olaraq televiziyalarla əməkdaşlıq edirik. Televiziya verilişlərində bizim mətbu orqanlara istinadən məlumatlar verilir. Operativlik baxımımdan isə televiziya bizi üstələyir. Digər münasibətlərlə də bağlı problemlər görmürəm.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, adətən yüksək inkişaf etmiş ölkələrin qəzet və telejurnalistlərinin əlaqələrində müəyyən ziddiyyətlər olur: - Ancaq Azərbaycanda durum bir qədər fəqlidir. İstər televiziya, istərsə də qəzetdə çalışan jurnalistlər bir-birləri xoş münasibət qurmağa çalışırlar. Bu da normal haldır.

Xəzər Televiziyasının xəbər müdiri İbrahim Ünlübostan hesab edir ki, yazılı media ilə televiziya jurnalistləri arasında çox yaxşı münasibətlər var:

- Öz təcrübəmdən deyə bilərəm ki, jurnalistlər arasında daim informasiya mübailəsi var. Zaman- zaman proqramlarımızda qəzetdə çalışan jurnalistlərin yorumlarını da paylaşırıq.Özəliklə mən gördüyüm qədər qəzet və televiziya bir-birlərinə dəstək verir. İbrahim Ünlübostanın sözlərinə görə televiziyalar ən çox görüntüyə önəm verir, ancaq yazılı mediada çalışanlar hadisəni daha yaxşı incələyir, detallara varır:

- Qəzetdə çalışan jurnalistlər daha peşəkar və bilgili olur. Avropada əksinə qəzetdə çalışanlar televiziyada çalışanlara daha yuxarıdan baxarlar.

ANS Telekompaniyasının vitse-prezidenti Mirşahin Ağayevin də fikrincə Azərbaycan qəzetçiləri ilə telejurnalistlər arasında münasibətlər normaldır:

- Mən bu münasibətlərdə heç bir problem görmürəm. Əməkdaşlıq baxımından əlaqələrə gəldikdə, bu yeri gələndə fəal, yeri gələndə passiv olur. Təhminə Paşayeva

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaq 18 Oktyabr 2019, 15:21 Çavuşoğludan Müstəqillik Günü paylaşımı: “Can Azərbaycan” 18 Oktyabr 2019, 15:19 UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub 18 Oktyabr 2019, 15:19 Modul tipli məktəblərin sayı artırılır 18 Oktyabr 2019, 15:12 Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16