Modern.az

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası olub

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası olub

17 Sentyabr 2009, 15:19

Sentyabrın 17-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Modern.az xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq parlamentin 2009-cu il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlərdən danışıb. O, bildirib ki, ötən dövrdə komitədə qanun yaradıcılığı sahəsində iş uğurla aparılıb, vətəndaşlardan daxil olmuş 95 ərizə və şikayət müvafiq qaydada araşdırılıb.
İclasda ötən sessiya dövründə görülən işlər barədə hesabat dinlənildikdən sonra “Birləşmiş Millətlər Təşkilatının işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında Konvensiya”ya Fakültativ Protokolun təsdiq edilməsi barədə  qanun layihəsinə baxılıb. Qanun layihəsi ətrafında fikir mübadiləsindən sonra sənədin parlamentin müzakirəsinə çıxarılması qərara alınıb.
Deputatlar sonra gündəlikdəki növbəti məsələləri müzakirə ediblər. “Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizə sahəsində GUÖAM-ın iştirakçısı olan dövlətlərin Hökumətləri arasında əməkdaşlıq haqqında” 2002-ci il 20 iyul tarixli Saziş”ə dair Protokolun təsdiq edilməsi barədə, “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əlavə və dəyişiklik edilməsi barədə”  qanun layihələrinə baxılıb. Rəy və təkliflər dinlənildikdən sonra sənədlərin Milli Məclisin payız sessiyası iclasının gündəliyinə daxil edilməsi tövsiyə olunub.
Komitədə parlamentin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı barədə fikir mübadiləsi aparılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir