Modern.az

Qəbul imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ

Qəbul imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ

Təhsil

3 İyun 2022, 12:06

Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri gələn həftə elan olunacaq.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 21-22 may tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrinin gələn həftə elan olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda nəticələrin bu gün elan olunacağı iddia edilirdi.

 

Mail

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə