Modern.az

Məktəblərdə elektron hesabat və təqdimat modeli yaradılıb

Məktəblərdə elektron hesabat və təqdimat modeli yaradılıb

Aktual

9 İyun 2022, 16:30

2021-2022-ci tədris ilində ümumi təhsil müəssisələrinin idarəedilməsinin optimallaşdırılması baxımından təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd olunub.

 

Bildirilib ki, model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayacaq. Hesabat forması paytaxtın bütün ümumi təhsil müəssisələrinə təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!