Modern.az

Hamlet İsaxanlı - 65: “Çayım soyudu...” - MÜSAHİBƏ

Hamlet İsaxanlı - 65: “Çayım soyudu...” - MÜSAHİBƏ

1 Mart 2013, 13:34


Bu gün riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Xəzər Universitetinin təsisçisi və keçmiş rektoru Hamlet İsaxanlının doğum gündür. Modern.az səbəbkarla əlaqə saxlayaraq doğum gününü təbrik edib və ad günü təəssüratını öyrənib.

– 65 yaşınızın olduğuna heç cür inanmaq olmur Hamlet müəllim?

– Mən də inanmıram. Çünki heç bir fərq olmayıb. Elə bil ki, 30 il bundan əvvəlki adamam. Yaş isə sözdür. Əsas adamın özünü necə hiss etməsidir.

Bu gün yuxudan durub ayna qarşısına keçəndə 65 yaşın kürəyini yerə vuran insan kimi ilk təəssüratınız nə oldu?

– Gördüm ki, həşr şey normaldır, hər şey yaxşıdır. Özümdə mənəvi və cismən pis heç nə hiss etmədim. Elə bil ki, heç nə olmayıb. Həmişəki kimi yazırıq, pozuruq işləyirik.

– Kimlərdən nə kimi hədiyyələr və təbriklər gözləyirsiniz?

– Bu şeylərdən çox danışmaqdan xoşum gəlmir, mənim üçün çox adi gündür. Ona görə də heç bir təntənə və hay-küyə də yol vermirəm.

– 65 yaşlı insanı qoca hesab etmək olar, yoxsa bu hər bir insanın xarakterindən asılıdır?

– Şübhəsiz.

– Hansı yaş dövri üçün darıxırsınız?

– Heç nə üçün darıxmıram, hər şey təbii yolla gedir. Adamın təbiəti nədirsə, nə işlə məşğul olursa, bunların arasında çox da böyük dəhşətli fərq olmur. Əgər sən əldən düşməyibsənsə, çox yorğun deyilsənsə, eynisənsə dövrlər arasında ciddi bir fərq yoxdur.

– Bəs elmə necə, 65 yaş kifayət edirmi, istədiyiniz kimi elmə ayırmağa vaxt tapdınızmı?

– Vallah heç nə üçün heç nə kifayət etmir. İnsan həyatını yaşayır. İşi və məşğuliyyəti ilə də məşğuldur. Və mən həmişə də o işinə nə diqqət və marağı azalır. 100 və ya 30 yaşında da olsa, o iş ilə məşğuldursa yaşın rolu olmur.

– Deyirlər ki, kişinin yaşı var-dövlətidir. Amma hamımız insanıq və yaş artdıqca ola bilməz ki, hər bir insanın ürəyindən cüzi də olsa, bir qorxu keçməsin?

– Mən qorxu haqqında düşünmürəm. Çünki o şeylər ki, bizdən asılı deyil, onun haqqında düşünməyə dəyməz. O şeylər ki bizim özümüzdən asılıdır, necə, nə cür yaşamağa çalışaq, sevdiyimiz işlə məşğul olaq ki, onunla məşğul oluruq ona görə də siz deyən mən kədərli düşüncələrə dalmıram.

P.S. Hörmətli Hamlet müəllimlə doğum günü münasibəti ilə əlaqə saxlayıb kiçik müsahibəmi alırdım. Axırıncı iki sualım qalmışdı ki, Hamlet müəllim evdə oturub çay içdiyini və çayının soyduğunu dedi. Bildirdim ki, artıq sualımı bitirirəm. Professor isə həmişə ki, səmimiliyi və zarafatçılığını işə salıb dedi: “Çayım soyudu. Onda görüm mənə çay tökən olacaq”. 

Hamlet İsaxanlını bir daha təbrik edirik və ümid edirik ki, müsahibədən sonra ikinci stəkan çayı süzülüb.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər