Modern.az

Donbasda daha bir amerikalı yoxa çıxıb

Donbasda daha bir amerikalı yoxa çıxıb

Dünya

16 İyun 2022, 22:54

Ukraynanın Donbas bölgəsində daha bir ABŞ vətəndaşı itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

 

O, itkin düşən şəxsin Ukrayna ordusunun tərəfində döyüş əməliyyatlarında iştirak ediyini bildirib.

 

Britaniyanın “The Telegraph” qəzeti dünən yazıb ki, iyunun əvvəlində Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələri tərəfindən döyüşən amerikalı əsgərlər Aleksandr Dryuke və Endi Hun itkin düşüblər. Amerikalıların rus ordusu tərəfindən əsir götürüldüyü ehtimal edilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat