Modern.az

Makron Rusiyaya səfərini istisna etmir

Makron Rusiyaya səfərini istisna etmir

Dünya

16 İyun 2022, 23:46

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfərini istisna etmədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, TF1 telekanalına müsahibəsində danışıb.

 

"Rusiyaya getməyim üçün ilkin şərtlər yaradılmalıdır. Amma mən heç nəyi istisna etmirəm", - deyə Makron suala cavabında vurğulayıb.

 

Xatırladaq ki, bu gün Fransa lideri Emmanuel Makron Kiyevə səfər edib. Makron bildirib ki, Ukrayna müqavimət göstərməli və qalib gəlməlidir. Fransa bunun üçün sona qədər Ukraynaya dəstək olacaq.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat