Modern.az

Aqil Abbasın qalibləri 3 tələbə oldu

Aqil Abbasın qalibləri 3 tələbə oldu

Mədəni̇yyət

9 Mart 2013, 11:06

Modern.az saytının Milli Məclisin deputatları ilə tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi davam edir.

83 saylı Ağcabədi-Füzuli  seçki dairəsinin deputatı Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı saytımıza tələbələrdən 72 yazı daxil olub. Modern.az ən yaxşı 10 yazını seçərək deputata təqdim edib.

Millət vəkili Aqil Abbas isə öz növbəsində həmin yazılardan üç ən yaxşısını seçib. Belə ki, deputat 1-ci yerə Yakın Doğu Universiteti İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Toğrul Salehlini “Qarabağı görməmişəm, onu ürəyimdə böyütmüşəm” başlıqlı yazısına görə layiq görüb.

Müsabiqədə ikinci yeri “Qarabağı unutmayaq!”  adlı yazı ilə BSU-nin, Pedoqoji fakültəsinin II kurs tələbəsi Şükürova Pərvanə tutub. 3-cü yerə isə Qərb Universiteti Siyasi elmlər fakültəsinin tələbəsi Şahnaz Tağıyeva layiq görülüb. Onun qələmə aldığı “Qarabağ və gənclər” məqalə müsabiqədə üçüncü olub.

Nəticədə qalib tələbələrlə deputatın görüşü keçiriləcək. Görüşdə deputat qalibləri mükafatlandıracaq. Eyni zamanda görüşdə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şərait yaradılacaq.

Qeyd  edək ki, artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva, 09 saylı Balakən seçki dairəsinin deputatı Rəbiyyət Aslanova və 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatı Aqiyə Naxçıvanlı, 74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəbli, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev layihədə  iştirak edib qalib tələbələri mükafatlandırıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir