Modern.az

DİM sədri hökumətə səsləndi: “Ali təhsil sistemi dəyişməlidir”

DİM sədri hökumətə səsləndi: “Ali təhsil sistemi dəyişməlidir”

Təhsil

15 İyul 2022, 15:46

“Hazırkı məqamda ali təhsil sistemində məzmun məsələləri həm əmək bazarının tələbləri, həm də elmin inkişafı nəzərə alınaraq kifayət qədər dəyişməlidir”.

 

Modern.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, artıq ölkənin təhsil sistemində bu siyasət yerinə yetirilir:

 

“Bildiyiniz kimi, bizim bir çox universitetlər ikili diplom proqramına qoşulub, dünyanın ən müasir universitetləri ilə birgə ali təhsilin məzmununu dəyişir və müasirləşdirirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat