Modern.az

Beynəlxalq Muğam Müsabiqəsi Kirxada davam etdirildi

Beynəlxalq Muğam Müsabiqəsi Kirxada davam etdirildi

15 Mart 2013, 15:47


Bu gün Alman kilsəsində (Kirxa) III Beynəlxalq Muğam Müsabiqəsi öz işinə davam edib. Xatırladaq ki, Beynəlxalq Muğam Festivalı  Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Modern.az xəbər verir ki, tədbirin açılış mərasimini Azərbaycan Milli Konservatoriyanın rektoru, Münsiflər Heyətini sədri  Siyavuş Kərimi edib. O çıxışında iştirakçılara uğurlar arzulayıb və bu müsabiqənin onlar üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra aparıcılar tədbirin gedişatı haqda qonaqlara və tədbir iştirakçılarına məlumat veriblər. Bu nüfuzlu və ənənəvi sənət yarışmasının martın 15-dən 18-nə qədər davam edəcəyini,  sonda qaliblərin mükafatlandırılması və elan olunması mərasiminin keçiriləcəyini bildiriblər. Müsabiqədə ən maraqlı məqam isə Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin konsertidir ki, bu da sonda təşkil olunacaq.

Qeyd etdiyimiz kimi, III  Beynəlxalq Muğam Müsabiqəsi ilk dəfə olaraq, iki nominasiyada-vokal və instrumental ifaçılıq üzrə keçirilir. Bu dəfə müsabiqəyə Azərbaycandan, Türkiyədən, İrandan, İordaniyadan, Hindistandan, Belçikadan, Mərakeşdən, Tacikistandan, Çindən, Türkmənistandan istedadlı musiqiçilər qatılıblar.

Solo muğam ifaçılığı müsabiqəsinin münsiflər heyətinin tərkibinə xalq artisti Arif Babayev, Fransadan Jan Durinq, Tacikistandan olan Abdulvali Abduraşitov daxildir.

İntrumental muğam ifaçılığı müsabiqəsinin münsiflər heyətinin tərkibinə isə  Nazim Kazımov, Ağasəlim Abdullayev, Misirdən Habib Yammine qatılıb.  

Xatırladaq ki, III Beynəlxalq Muğam Festivalının siyahısına bu iştirakçılar daxildir: Mirələm Mirələmov (Azərbaycan), “Buta” qrupu, Səbinə Ərəbli, Ariz Hüseynov, Abgül Mirzəliyev (Azərbaycan), Abdulla Qurbani (Türkiyə), “Ədəlus gənclər” qrupu (Mərakeş), Surindeh Pal Singh Bakshi (Hindistan), “Naghsh” və  “Nasim e Tarab” ansamblları (İran), Sitora Karamatulla (Tacikistan), “Şəqr Bənd” ansamblı (İordaniya) və Gülmira Ablizdir (Çin).

Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!