Modern.az

Çin pilotsuz helikopterini sınaqdan keçirdi 

Çin pilotsuz helikopterini sınaqdan keçirdi 

Dünya

25 İyul 2022, 00:44

Çinin AVIC şirkəti AR500-BJ pilotsuz helikopterini dənizdə uğurla sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

 

Sınaqlar zamanı helikopter Tyantszin şəhəri yaxınlığındakı akvatoriyada bir neçə uğurlu uçuş və eniş həyata keçirib.

 

Bildirilir ki, helikopter bir sıra vəzifələri yerinə yetirə bilər. Platform yüklərin daşınması, axtarış-xilasetmə tapşırıqlarının yerinə yetirilməsi, patrul və yanğınsöndürmə əməliyyatları, həmçinin radioaktiv və kimyəvi maddələrin buraxılışlarını aşkar etmək üçün istifadə oluna bilər.

 

Helikopter həm də düşməni hədəf almaq və ya vurmaq üçün hərbi məqsədlər üçün tətbiq edilə bilər.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat