Modern.az

13 uşaq təhsildən yayındırılıb - RƏSMİ

13 uşaq təhsildən yayındırılıb - RƏSMİ

Təhsil

28 İyul 2022, 11:55

İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova "İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

T.İbrahimova qeyd edib ki, həmin məsələlər Komitə tərəfindən araşdırılıb:

 

"Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar var ki, əxlaqsız həyat tərzi yaşayır, bəziləri cinsi zorakılığa məruz qalanlardır. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmirlər. Bu, ciddi problemdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə