Modern.az

“Qarabağ” yeni mövsümə qələbə ilə başladı - FOTOLAR

“Qarabağ” yeni mövsümə qələbə ilə başladı - FOTOLAR

Aktual

6 Avqust 2022, 22:13

 “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünə qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, bu gün Ağdam təmsilçisi birinci tur çərçivəsində Bakının “Səbail” klubunu qəbul edib.

 

“Azersun Arena”da keçirilən oyunda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb. Ağdam klubunun heyətində Ramil Şeydayev dubl edib, Musa Qurbanlı isə fərqlənib. “Səbail”in qolunu Elmir Tağıyev vurub.

 

Qeyd edək ki, ötən gün çempionatın ilk oyunda Bakının “Zirə” klubu Gəncənin “Kəpəz” komandasını 2:1 hesabı ilə məğlub edib.

 

Tura avqustun 7-8-də keçiriləcək "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır