Modern.az

Hacı Cəbrayıl Əlizadə vəfat edib

Hacı Cəbrayıl Əlizadə vəfat edib

Təhsil

29 Mart 2013, 23:23


Bakı Kəndlər Birliyinin sədri, Nardaran ağsaqqalı Hacı Cəbrayıl Əlizadə martın 29-da, saat 16 radələrində dünyasını dəyişib. Bu barədə musavat.com-a Nardaran kəndinin sakinləri telefonla məlumat veriblər. Mərhumun 72 yaşı var idi.

Hacı Cəbrayıl Əlizadə milli azadlıq hərəkatının və AXC-nin tanınmış simalarından olub. Elçibəy iqtidarı zamanı Sabunçu rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. Elçibəy iqtidarının devrilməsi ilə   rəsmi vəzifəsindən istefa verərək, müxalifət sıralarında siyasi fəaliyyətini davam etdirib.  Bakı Kəndlər Birliyinin sədri kimi paytaxt kəndlərinin və onların əhalisinin problemlərinin həlli üçün yorulmadan çalışıb.

Hacı Cəbrayıl Əlizadə həm də inanclı kəsimin tanınmış simalarından olub.

Mərhumun dəfn mərasimi sabah (martın 30-u) saat 14:30-da Naradaranda keçiriləcək.

Allah rəhmət eləsin!

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok