Modern.az

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Təhsil

29 Avqust 2022, 09:30

Ali təhsil müəssisəslərinə ixtisas seçimi başa çatıb.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

İlkin məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.

 

I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə isə 10527 nəfər ixtisas seçimi ərizəsi qeydə alınıb.

 

İxtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı. Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat