Modern.az

Zəfərin nə olduğunu Azərbaycan yaxşı bilir - SƏFİR

Zəfərin nə olduğunu Azərbaycan yaxşı bilir - SƏFİR

Aktual

30 Avqust 2022, 22:00

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

 

Modern.az xəbər ki, tədbirdə əvvəlcə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

 

Səfir Türkiyə Respublikasının qurulduğu gündən bu günədək terror təşkilatlarına qarşı mübarizəsini qərarlılıqla davam etdirdiyini bildirib. O, türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını qeyd edib.

 

“Zəfərin nə olduğunu şübhəsiz, qardaş Azərbaycan yaxşı bilir. Qarabağın 30 illik işğalı Türkiyənin siyasi və mənəvi dəstəyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Qələbə ilə yekunlaşıb”, - deyə Cahid Bağçı bildirib.

 

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır