Modern.az

Xaricdəki soydaşlarımız üçün kitab nəşr edildi

Xaricdəki soydaşlarımız üçün kitab nəşr edildi

Diaspor

31 Avqust 2022, 09:38

Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət “Azərbaycan musiqisinin inciləri” adlı kitab Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə ərsəyə gəlib. Kitab Azərbaycan və ingilis dillərində tərtib edilib.

 

Modern.az xəbər verir ki, kitaba 50 xalq və 32 bəstəkar mahnısı daxil edilib. Görkəmli bəstəkarlarımız və müxtəlif xalq mahnıları haqqında ətraflı məlumat öz əksini tapıb, bütün əsərlərin notları təqdim edilib.

 

Professor Fərhad Bədəlbəyli  kitaba ön söz yazıb.

 

Qeyd edək ki, “Azərbaycan musiqisinin inciləri” kitabının xaricdə yaşayan soydaşlarımıza, diaspor təşkilatlarına, Azərbaycan Evlərinə göndərilməsi nəzərdə tutulub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə