Modern.az

Qazaxda maşın hasara çırpıldı - Ölən və yaralanan var

Qazaxda maşın hasara çırpıldı - Ölən və yaralanan var

Hadisə

20 Dekabr 2025, 09:25

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev hadisə yerində həyatını itirib. 1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu