Modern.az

Bakıda itkin düşən bacılar tapıldı

Bakıda itkin düşən bacılar tapıldı

Aktual

31 Avqust 2022, 09:53

Bakıda itkin düşən yeniyetmə bacılar tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Modern.az-a bildirib ki, Abdullayeva bacıları yaşadıqları ünvana geri qayıdıblar:

 

“Onların həyati təhlükələri yoxdur. Baş vermiş hadisəyə səbəb yeniyetmə qızların ailə üzvlərinə getdikləri ünvan barədə məlumat verməmələri olub”.

 

***

 

Bakıda yeniyetmə bacılar itkin düşüb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

 

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

 

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır