Modern.az

1 aprel - "Axmaqlar günü"

1 aprel - "Axmaqlar günü"

1 Aprel 2013, 09:13

1 aprel tarixi Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində zarafat, gülüş, aldatma günü kimi qeyd edilir. Bu gün insanlar bir-birləri ilə zarafatlaşır, biri digərini aldadır. Qısaçası, bu gün hamı çalışır ki, ətrafındakı insanların üzündə təbəssüm yaratsın. “Gülüş günü”, yaxud “Axmaq günü” adlandırılan bu tarix təqvimə düşən bayramlar sırasında istirahət günü sayılmır.
Modern.az-
ın məlumatına görə, uzun illərdir insanların hər il aprelin 1-də gülüş hədəfinə çevrilməməyə çalışması ənənəyə çevdilib.
Səhər tezdən yeni iş gününə başlarkən, məktəbə getməyə hazırlaşarkən və ya gündəlik işlər dalınca gedərkən hərəkətə keçməzdən öncə təqvimə alıcı gözlə baxan əksəriyət diqqətli olacağını qətiləşdiri. Əks təqdirdə, 1 aprel günü hiss etmədən xoşagəlməz bir zarafatın hədəfi ola biləcəyini düşünür.

1 apreldə insanların bir-birinə sataşması və zarafat etməsi bir ənənə halını alarkən, “1 aprel zarafatları” haqqında  fərqli mədəniyyətlər, inanclar və əfsanələr mövcuddur.

İlk zarafatlara orta əsrlər Romasında, daha sonra isə hindlilərdə rast gəlinir. Sonradan 1564-cü ildə Fransada 1 aprel zarafatları ənənə halını alıb. O zamanlar Avropada 1 aprel yeni ilin ilk günü sayılırdı.  Fransada 1564-cü ildə kral 9-cu Çarlz yeni ilin başlanğıcını 1 apreldən 1 yanvara keçirib. Buna baxmayaraq 1 apreli ilin başlanğıcı olaraq qəbul etməkdə davam edənlərlə məzələnmək məqsədilə zarafatlar bir qədər sonra artıq ənənə halına keçir. 1 apreli ilin başlanğıcı olaraq qəbul edənlərə “aprel balığı” adı verilir, həmin gün "axmaqlar günü" adlandırılır. Fransadan sonra bu ənənə tezliklə digər ölkələrə keçir. Bu ənənə Fransadan sonra 18-ci əsrdə İngiltərə və İsveçdə müşahidə olunub. 1 aprel və ya “axmaqlar günü” Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiya da daxil dünyanın bir çox  ölkələrində qeyd olunur.  

 İnsanlar bir-biri il zarafat edir. Lakin mətbuat və media qurumları da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat –xəbərlər güldürsə də, kimlərsə zarafat xəbərlərə xeyli təpki göstərir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu