Modern.az

Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verildi

Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verildi

Hadisə

3 Sentyabr 2022, 09:35

Bakıda özəl loqoped mərkəzində uşaqlara işgəncə verilib.

 

Modern.az bildirir ki, bununla bağlı görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb. 

 

Kadrlarda mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi görünür.

 

K.Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" özəl loqoped mərkəzində qeydə alınıb. Faktla əlaqədar dövlət qurumlarına məlumat verilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə görüntülərlə bağlı araşdırma aparıldığı bildirilib.  

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?