Modern.az

Məcburi köçkünlər Bakıda etiraz aksiyası keçirdi - VİDEO

Məcburi köçkünlər Bakıda etiraz aksiyası keçirdi - VİDEO

Təhsil

2 Aprel 2013, 14:08

Bakı Dövlət Universitetinin yataqxanasından çıxarılan məcburi köçkünlər aksiya keçiriblər. Modern.az-ın məlumatına görə, BDU-ya məxsus 5 nömrəli yataqxanandan çıxarılan 40-a yaxın ailə etiraz əlaməti olaraq yaxınlıqdakı yolları bağlayıblar.

Köçkünlər yeni tikilən qəsəbələrdə müxtəlif bəhanələr gətirilərək  onların evlərin verilməməsindən şikayət ediblər. Əraziyə cəlb oluan xeyli sayda polis əməkdaşları aksiyanın qarşısını alıb.. Etiraz edən sakinlər ərazidən uzaqlaşdırılıblar.

Yasamal Rayon Polis İdarəsindən APA-ya deyilib ki, bir qrup məcburi köçkün Mətbuat prospektini bağlamağa cəhd edib. Polisin müdaxiləsindən sonra prospektdə hərəkət bərpa olunub.
 
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə APA-ya bildirilib ki, BDU-nun yataqxanasında etiraz edən şəxslər məcburi köçkün olmayan vətəndaşlarla ailə quran məcburi köçkünlərdir: “BDU-nun yataqxanasında 10-12 məcburi köçkün ailəsi var ki, onların evlə təmin olunmaq iddiaları tamamilə əsassızdır. Həmin şəxslər məcburi köçkün olmayan vətəndaşla ailə quran xanım məcburi köçkünlərdir. Onların həyat yoldaşları məcburi köçkün deyil, ancaq ev tələb edirlər. Bu iddia əsassızdır. Orada komissiya var. Komissiya şikayətlərə baxıb qanuna müvafiq olaraq cavab verəcək. Qanunvericiliyə əsasən, məcburi köçkün statusu ailə başçısı ilə tənzimlənir. Əgər ailə başçısı məcburi köçkün deyilsə, onun övladları da məcburi köçkün deyil. Yalnız xanım məcburi köçkün statusunu saxlayır”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?