Azərbaycanda ötən illərə baxanda quduzluluğun səviyyəsində enmə müşahidə edilir. Modern.az-ın xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova deyib. O bildirib ki, 2011-ci ildə 70 patoloji materialda 52 müsbət nəticə (xəstəlik daşıyıcısı) aşkarlanıb.
S. Rüstəmova qeyd edib ki, 2012-ci ildə bu rəqəm xeyli aşağı düşüb: “Belə ki, 55-dən patoloji materialdan 18-də xəstəlik daşıyıcı aşkarlanıb. Bu il isə hələlik 6 nümunədən 5-də xəstəlik aşkar olunub. Bunun da 2-si at, 2-si sahibsiz it, 1-i isə tülkünün başında olub. Quduzluq Azərbaycan ərazisində daha çox işğal olunmuş rayonlarla sərhəd ərazilərdə müşahidə olunur.
Gültəkin Ələsgər