Modern.az

Müdafiə Sənayesi Nazirliyinin şöbə rəisinə töhmət verilib

Müdafiə Sənayesi Nazirliyinin şöbə rəisinə töhmət verilib

Reportaj

3 Aprel 2013, 18:05

Hesablama Palatası Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda istehsal sahəsinin yaradılması üçün tikinti aparılan obyektlərə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi üzrə aparılmış auditin nəticələrini özünün qapalı kollegiya iclasında müzakirə edib. Modern.az saytının məlumatına görə, iclasda müvafiq (tam məxfi) qərar qəbul edilib.
Qərar barədə Milli Məclisə məlumat (tam məxfi) verilib və icra uçun Müdafiə Sənayesi Nazirliyinə göndərilib.
Hesablama Palatasına daxil olmuş (tam məxfi) məlumatda audit zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyi və bir şöbə rəisinə töhmət elan edildiyi bildirilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?