Modern.az

“Medianın saflaşması uğrunda mübarizə aparacağıq” - Yeni sədr

“Medianın saflaşması uğrunda mübarizə aparacağıq” - Yeni sədr

Media

24 Sentyabr 2022, 16:16

“İndi informasiya məkanı genişlənib. Mətbuat Şurası İdarə Heyətinə seçilən yeni üzvlərlə birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq”.

 

Modern.az-ın xəbərinə görə, bu fikirləri Mətbuat Şurasının yeni sədri Rəşad Məcid jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Mətbuat Şurası jurnalist adına xələl gətirən insanlara müraciət edəcək:

 

“Biz onları etik davranışlara uyğun olaraq fəaliyyət göstərməyə çağıracağıq. Mətbuat Şurası bundan sonra da əvvəlki ənənələrini daha da inkişaf etdirəcək. Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərindən olan gözləntilərinin doğrulması sahəsində Mətbuat Şurasının böyük rolu olacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat