Modern.az

43 ildir prezidentdir, yenidən namizəd oldu

43 ildir prezidentdir, yenidən namizəd oldu

Dünya

24 Sentyabr 2022, 23:16

Dünyanın ən uzun müddət hakimiyyətdə olan prezidenti Ekvatorial Qvineya lideri Teodoro Obianq noyabrda keçiriləcək seçkilərdə yenidən namizəd olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Obianq 1979-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. 80 yaşlı dövlət başçısının rəhbərlik etdiyi partiya onun namizədliyini irəli sürüb.

 

İspaniyanın keçmiş müstəmləkəsi olan Ekvatorial Qvineya Afrika qitəsinin ən kasıb ölkələrindən biridir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə