Modern.az

Türkiyə Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsini TANIMADI

Türkiyə Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsini TANIMADI

Dünya

1 Oktyabr 2022, 11:27

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Ankara Ukraynanın işğal olunmuş dörd bölgəsinin Rusiya Federasiyasına birləşdirilməsini tanıya bilməz.


Modern.az-ın xəbərin görə, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, "Bu qərar beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulmasıdır və bizim tərəfimizdən qəbul edilə bilməz".

Nazirlik böhranın “danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında” nizamlanmasına tərəfdar olduğunu bir daha bəyan edib.


Sentyabrın 23-dən 27-dək qondarma “Donetsk və Luqansk xalq respublikaları”nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib.


Dünən isə prezident Vladimir Putin Kremldə Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin formalaşdırılması haqqında sazişlər imzalayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə