Modern.az

Krım körpüsündəki partlayışda 3 nəfər ölüb

Krım körpüsündəki partlayışda 3 nəfər ölüb

Aktual

8 Oktyabr 2022, 15:38

Krım körpüsündə baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir.

“İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə güclü partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?