Modern.az

Metronun qarşısında dayanan şəxs GÜLLƏLƏNDİ

Metronun qarşısında dayanan şəxs GÜLLƏLƏNDİ

Aktual

9 Oktyabr 2022, 09:05

Bu gün səhər saatlarında İstanbulun Levent məhəlləsi silah səslərinə oyanıb.

 

Modern.az xəbər verir ki, hadisə məhəllənin Böyükdərə səmtində baş verib.

 

Metro qarşısında dayanmış və hələlik kimliyi bəlli olmayan şəxs motosikletlə hərəkət edən iki silahlı şəxsin hücumuna məruz qalıb. Ona bir neçə dəfə atəş açılıb.

 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Polis faktla bağlı araşdırmalara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı