Modern.az

İstanbulda güclü partlayış, ölənlər var - YENİLƏNİB

İstanbulda güclü partlayış, ölənlər var - YENİLƏNİB

Aktual

9 Oktyabr 2022, 22:25

İstanbulun Kadıköy rayonunda yerləşən yaşayış binasında partlayış baş verib.

 

Modern.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul valisi Ali Yerlikaya açıqlama yayıb. O bildirib ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində üç nəfər ölüb.

 

Partlayışdan sonra binada yanğın baş verib. Hazırda yanğının söndürülməsi və axtarış-xilasetmə işləri davam edir.

 

Hadisənin təbii qaz sızması nəticəsində meydana gəldiyi bildirilir.

 

***

Türkiyənin İstanbul şəhərində partlayış olub.

 

Modern.az xəbər verir ki, hadisə Kadıköy rayonunda yerləşən binada qeydə alınıb.

 

Partlayış nəticəsində başlayan güclü yanğın digər binalara da keçib. Əraziyə çoxlu sayda polis, yanğınsöndürən və tibb qrupları cəlb olunub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?