Modern.az

Ruslar Ukrayna səfirinin ailə üzvünü ÖLDÜRÜB

Ruslar Ukrayna səfirinin ailə üzvünü ÖLDÜRÜB

11 Oktyabr 2022, 10:52

"Rusiya ordusu mənim ailəmin üzvlərindən birini öldürüb".

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsia deyib.

 

BMT Baş Assambleyanın xüsusi sessiyasında çıxış edən səfir Rusiyanın Ukraynada törətdiyi qətliamlardan danışıb. 

 

“Ölkəm hücuma məruz qalıb, yaxın qohumlarım hücum edilən yaşayış binasında olublar. İşıq olmadığı üçün bomba sığınacağına gedə bilməyiblər. Rusiya artıq mənim ailə üzvlərimdən birini öldürüb və bu qəddarlığın sonu yoxdur”, - deyə ukraynalı diplomat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır