Modern.az

Moldova Azərbaycandan nə qədər qaz istəyir? - Baş nazir açıqladı

Moldova Azərbaycandan nə qədər qaz istəyir? - Baş nazir açıqladı

11 Oktyabr 2022, 13:34

Moldovaya yaxın iki ay ərzində 300 milyon kubmetr təbii qaz lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa Bakıda jurnalistlərə açıqlamasında deyib.

 

Baş nazirin sözlərinə görə, enerji təminatı ilə bağlı Moldova həm qısa, həm də uzunmüddətli həlləri nəzərdən keçirir.

 

"Heç bir ölkə uzun müddət tək bir təchizatçıya etibar edə bilməz. Biz ümid edirik ki, yaxın gələcəkdə bu istiqamətdə Azərbaycanla danışıqlarımız olacaq. Müqavilələr vaxt alır. Hazırda Azərbaycan qazına Avropa İttifaqı ölkələrində böyük tələb var", - hökumət başçısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var