Modern.az

İki piyadanı maşın vurub öldürdü

İki piyadanı maşın vurub öldürdü

Aktual

12 Oktyabr 2022, 10:28

Ötən gün 2 piyada yol qəzalarının qurbanı olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Oktyabrın 11-də saat 18 radələrində Ağstafa rayonunun Poylu kəndi ərazisində Oğuz rayon sakini B.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nəsib Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Analoji hal oktyabrın 11-də saat 21 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb.

 

Rayon sakini E.Qarayev idarə etdiyi “NAZ-Lifan” markalı avtomobillə yolu keçən kənd sakini G.Səlimxanzadəni və Tərtər rayon sakini Tünzalə Rəsulovanı vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, T.Rəsulova orada ölüb. 

 

Hər iki faktla bağlı araşdırma aparılır. 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır